|
12 mart 2012, 18:00
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına
Əziz gənclər! Sizi – Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır və xoş arzularımı çatdırıram. Müstəqil dövlət kimi iyirmi illik yol keçmiş Azərbaycan Respublikası qısa dövr ərzində milli dövlətçiliyini möhkəmləndirmiş, iqtisadi qüdrətini və siyasi nüfuzunu artırmış, dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Yeni ideyaları və quruculuq həvəsi ilə seçilən Azərbaycan gəncliyi qazanılan bütün uğurlara öz töhfəsini vermiş, ölkəmizin ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol oynamışdır. Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Respublikamızda gənclərlə bağlı son illərdə mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul olunmuş və hazırda uğurla icra edilir. Gənclərimizin təhsilə, elmə və müasir informasiya-kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi və yüksələn ictimai fəallığı gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir. Sevindirici haldır ki, harada yaşamasından və ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir. Düşünürəm ki, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır. Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram.
İlham Əliyev Bakı şəhəri, 9 mart 2012-ci il. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.