|
13 mart 2012, 17:40
İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verildi ki, regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Layihəyə 5 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir. Qeyd edildi ki, soyuducu anbar və istixana komplekslərinin inşası zamanı “Aqrolizinq” ASC-dən də ümumi dəyəri 2,4 milyon manat olan avadanlıq və köməkçi vasitələr lizinq yolu ilə alınmışdır. Komplekslərin tikintisinə 2011-ci ildə başlanmışdır. Layihənin icrası nəticəsində 60 nəfər işlə təmin olunmuşdur. Bildirildi ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaqdır. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunacaq tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcəkdir. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulmuşdur. “Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
21 may 2013, 16:10
İlham Əliyev Türkiyənin milli təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:00
İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul etmişdir
21 may 2013, 15:30
İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
20 may 2013, 17:35
İlham Əliyev Bakıdakı Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur
19 may 2013, 21:30
İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür
17 may 2013, 14:00
Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində İlham Əliyevin nitqi
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.