“Olimpiya simvolunun qorunması haqqında” Nayrobi müqaviləsinə qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
Text size
16 iyul 2010, 17:03
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
Azərbaycan Respublikası “Olimpiya simvolunun qorunması haqqında” 1981-ci il sentyabrın 26-da qəbul edilmiş Nayrobi Müqaviləsinə qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il.
