“Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
16 iyul 2010, 18:13
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum – Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında” 2010-cu il mayın 18-də Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il.
