|
26 mart 2012, 16:00
İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmişdir
Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti keçirilmişdir. Prezident İlham Əliyev Sammitdə iştirak etmişdir. Nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunmuşdur. Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir. Sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olmuşdur. Günün sonunda Koreya Respublikasının xarici işlər və ticarət nazirinin adından nümayəndə heyətlərinin üzvlərinin şərəfinə işçi nahar verilmişdir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.