Gerb

27 mart 2012, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi

Həmidov Nizaməddin Baba oğlu -Maddi-texniki Təminat Baş İdarəsinin rəisi

Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2012-ci il.