Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Məkki Salla
Text size
30 mart 2012, 19:00
Hörmətli cənab Prezident,
Seneqal Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 mart 2012-ci il.