|
05 aprel 2012, 13:00
İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur
Çexiya Respublikasında dövlət səfərində olan Prezident İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Çexiya dövlətinin başçısına raport verdi. Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu. Hərbi orkestrin ifasında Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan dövlətinin başçısı çex əsgərlərini salamladı. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdilər. Çexiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiya Prezidenti Vatslav Klausa təqdim olundu. Sonra dövlət hədiyyələri təqdim edildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Praqa qəsrinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. ![]() 05 aprel 2012, 16:00
İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun birgə görüşü olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.