|
05 aprel 2012, 23:00
İlham Əliyev Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur
Prezident İlham Əliyev Çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, hazırda Çexiyanın paytaxtında turistləri ən çox cəlb edən tarixi abidələrdən biri də Praqa şəhərini iki hissəyə ayıran Vltava çayı üzərində salınmış Karl körpüsüdür. 1357-1400-cü illərdə Çexiya kralı və Müqəddəs Roma imperatoru IV Karlın əmri ilə memar Peter Parler tərəfindən inşa olunan körpünün uzunluğu 516, eni isə 10 metrdir. Paytaxtın qərbi ilə şərqini qovuşduran bu körpü 1841-ci ilə qədər Praqanın qəsrlərlə zəngin olan hissəsi ilə köhnə məhəllələrini Vltava çayı üzərindən birləşdirən yeganə vasitə olmuşdur. Qeyd edildi ki, tarixən Karl körpüsü Şərqi və Qərbi Avropanın ticarət yollarının qovşağında yerləşdiyindən mühüm əhəmiyyət kəsb etmişdir. Hər iki tərəfində tikilmiş qüllələrdən körpünün təhlükəsizliyi təmin olunurdu. Körpünün Köhnə Şəhərə girişi təmin edən şərq tərəfindəki qüllə orta əsrlər Avropasının ən gözəl tikililərindən biri sayılır. Qüllənin üzərini imperator IV Karla tabe olan ərazilərin hakimlərinə məxsus gerblər bəzəyir. Qüllənin ikinci mərtəbəsində körpünün himayədarı müqəddəs Vita, IV Karl və IV Vatslavın heykəlləri qoyulmuşdur. Körpünün qərb hissəsində inşa olunan digər qüllə də öz gözəlliyi ilə diqqəti cəlb edir. Körpünün kənarlarında 1700-cü ildə barokko üslubunda irili-xırdalı 30-a qədər heykəl quraşdırılmışdır. Bu heykəllər körpünün cəlbediciliyini daha da artırır. Azərbaycan Prezidentinə məlumat verildi ki, gündüzlər qələbəlik olan körpüdə küçə sənətkarları öz bacarıqlarını nümayiş etdirir, insanlarda xoş ovqat yaradırlar. Əsrlərin sınağına sinə gərən bu qədim möhtəşəm qurğu onunla tanış olanlarda zəngin təəssürat doğurur. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.