|
05 aprel 2012, 22:30
İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür
Prezident İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bazanın olduğu vurğulandı. Azərbaycan ilə Çexiya arasında Avropa Parlamenti strukturları çərçivəsində, eləcə də Azərbaycan-Avropa İttifaqı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olundu. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin genişlənməsində rolunun vurğulandığı görüşdə hər iki ölkənin qanunverici orqanlarının bu münasibətlərin inkişafına töhfə verdiyi bildirildi. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının Fəxri qonaqlar kitabını imzaladı. Sonda xatirə şəkli çəkdirildi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.