Gerb

06 aprel 2012, 18:20

Hörmətli cənab Prezident!

Daşkəsən rayonunun üç min nəfər əhali yaşayan 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi üçün 2012-ci il 2 aprel tarixli Sərəncamınızla Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmağınız hamımızı ürəkdən sevindirdi. Çətin dağ şəraitində yerləşən bu yolların yenidən qurulması üçün böyük vəsait və güclü texnika tələb olunurdu. Çox sağ olun ki, bu problemimizi həll etdiniz. Biz Sizin sayənizdə yol qayğısından azad olacağıq. Bu yol kəndlərimizə yeni həyat, yeni nəfəs verəcəkdir. Şübhə etmirik ki, kəndlərimiz daha yaxşı inkişaf edəcək və Daşkəsənə gəlib-gedənlər üçün hər cür rahatlıq yaradılacaqdır. Bu isə çox səfalı yerlərə malik rayonumuzda turizmin inkişafına böyük təsir göstərəcəkdir. Daşkəsənə göstərdiyiniz bu qayğıya görə hamımız Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin və xalqımızın gözəl gələcəyi üçün gördüyünüz işlərə görə təşəkkür edirik. Allah bütün işlərinizi avand, böyük qələbələrə aparan yollarınızı həmişə açıq etsin.

Dərin hörmətlə,

Daşkəsən rayonunun Qazaxyolçular, Alaxançallı, Zağalı kəndlərinin sakinləri adından:

Qabil Xəlilov, Xatirə Əliyeva, Ruslan Məmmədov, Sevda Sadıqova, Natiq Cabbarov, Tahirə Məhərrəmova, Şəfiqə Bayramova, Asif Məmmədov, Nizami Bayramov, Səmadil Əliyeva, Eyyub Nağıyev, Bəhman Verdiyev, Valeh Əmrahov, Yeganə Məmmədova, Adil Süleymanov, Rasim Allahverdiyev və başqaları (cəmi – 49 imza).

Azərbaycan Respublikasının Daşkəsən rayonu.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR