|
06 aprel 2012, 18:00
İlham Əliyev Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür
Prezident İlham Əliyev Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür. Çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşıladı. Sonra Prezident İlham Əliyev və Baş nazir Petr Neças xatirə şəkli çəkdirdilər. Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri Praqanın mənzərəsini seyr etdilər. Daha sonra Azərbaycan dövlətinin başçısı Çexiyanın Baş nazirinin Fəxri qonaqlar kitabını imzaladı. Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığı bildirildi. Azərbaycan Prezidentinin Çexiyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin əməkdaşlıq əlaqələrinin strateji səviyyəyə qalxmasına tövhə verəcəyi vurğulandı. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının zəruriliyinin bildirildiyi görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.