|
06 aprel 2012, 18:40
İlham Əliyev Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir
Prezident İlham Əliyev Çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir. Praqanın qədim hissəsində yerləşən Vitkov Milli Memorialı 1929-1938-ci illərdə inşa olunmuşdur. Şəhərin ən hündür nöqtəsi olan bu təpədə 1420-ci ildə ağır döyüşdə qalib gələn sərkərdə Yan Jijkanın abidəsi qoyulmuşdur. Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu. Sonra Azərbaycan dövlətinin başçısı Vitkov Milli Memorialı Muzeyinin xatirə kitabını imzaladı. Muzeylə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu memorial Çexiyanın qəhrəmanlıq tarixini əks etdirir. Ölkə tarixinin ən şanlı hadisələri bu memorialda əks olunmuşdur. Çex xalqının azadlıq mübarizəsi bu muzeyin ekspozisiyasının əsas hissəsini təşkil edir. Burada azadlıq hərəkatının önündə gedən çex ziyalılarının xatirəsi dərin ehtiramla yad olunur, onların həyat və fəaliyyəti haqqında buraya gələnlərə ətraflı məlumat verilir. Ekspozisiyaya, həmçinin müxtəlif sənədlər, tarixi anları əks etdirən qiymətli fotolar və digər zəngin eksponatlar daxildir. İldə on minlərlə turist bu muzeyə gəlir və çex xalqının milli mübarizə tarixi haqqında ətraflı məlumat əldə edir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.