|
09 aprel 2012, 17:00
Nadir Mirzəyev və başqalarından, Cəlilabad, Azərbaycan
Möhtərəm Prezident! Ümummilli liderimiz, ulu öndərimiz, dahi rəhbərimiz tərəfindən ölkəmizdə təhsilin, mədəniyyətin və səhiyyənin, o cümlədən elmin, elmi müəssisələrin inkişafına göstərilən yüksək diqqət və qayğının, bu sahədə çalışanların əməkhaqlarının artırılmasının, onların müxtəlif orden və medallarla təltif edilməsinin şahidi olmuşuq. Sizin Cəlilabad rayonunda ziyalılarla görüşünüz, son illərdə rayondan 6 nəfərin “Əməkdar müəllim” fəxri adına, 5 nəfərin “Tərəqqi” medalına layiq görülməsi, 2 məktəbin 2011-ci ildə ilin məktəbi seçilməsi buna əyani sübutdur. Hörmətli cənab Prezident! Sizin rəhbərliyinizlə ölkəmizdə məktəb tikintisi geniş vüsət almışdır. Rayonun Alar kəndində Heydər Əliyev, Cəlilabad şəhərində Zərifə Əliyeva adına möhtəşəm məktəb binalarının tikintisi, bundan əlavə Gülməmmədli kənd məktəbinin şagirdlərin istifadəsinə verilməsi, Cəlilabad şəhər 6 saylı məktəb binasının inşası təhsilə göstərdiyiniz qayğının nəticəsidir. Hörmətli cənab Prezident, ölkəmiz inkişaf etdikcə Cəlilabad rayonu da tərəqqi etməkdədir. Cəlilabad-Yardımlı yolunun çəkilməsi və Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunun tikintisi üçün 2012-ci il 9 mart tarixli Sərəncamınızla Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmağınız bizi ürəkdən sevindirdi. İndi 14 kəndin 24 min nəfər sakini bu yeni yoldan istifadə edəcək və Sizə əbədi minnətdar olacaqdır. Təkcə təhsilimizə deyil, ümumilikdə Cəlilabadın inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
25 may 2013, 12:30
İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur
24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir
24 may 2013, 12:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.