|
11 aprel 2012, 13:40
İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir. Səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Sergio de Souza Fontes Arrudan əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Səfir, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dedi və Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğuladı. Diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.