|
12 aprel 2012, 16:30
İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır.
Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunmuş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılmış və çoxsaylı yol nişanları quraşdırılmışdır. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi. ![]() Böyük ölçüdə AXTAR:
XƏBƏRLƏR:
25 may 2013, 12:30
İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur
24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir
24 may 2013, 12:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.