|
12 aprel 2012, 18:00
Cavanşir Yusibovdan, Samux, Azərbaycan
Çox hörmətli cənab Prezident! Respublikamızın hər guşəsinin gündən-günə abadlaşmasına böyük diqqət yetirirsiniz. Xüsusilə son vaxtlar kənd yollarının bərpasına, təmirinə və tikintisinə böyük əhəmiyət verməyiniz hər bir Azərbaycan vətəndaşı kimi biz samuxluları da olduqca sevindirir. Sizin 2012-ci il 10 aprel tarixli Sərəncamınızla 17 min nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Gəncə-Sərkar-Ziyadlı-Qovlarsarı – Qarayeri-Seyidlər-Qədili avtomobil yolunun tikintisi üçün ayırdığınız 2,5 milyon manat vəsait kəndlərimizin sosial-iqtisadi inkişafına böyük təkan verəcək, onların rayon mərkəzi ilə daha sıx əlaqəsini təmin edəcəkdir. Cənab Prezident! Biz samuxlular göstərdiyiniz qayğıya görə Sizə olduqca minnətdarıq. Azərbaycan xalqının gələcəyi və tərəqqisi üçün saldığınız bu yollar bizi daha yaxşı günlərə aparacaq və hamımızı ətrafınızda daha sıx birləşdirəcəkdir. Samux rayonunun ağsaqqalları, ziyalıları, gəncləri və bütün sakinləri adından Sizə bir daha təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.