|
13 aprel 2012, 12:00
İlham Əliyev “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın “SW Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə “İTE Group plc”nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunmuşdur. Onların sırasında “ITE” (London), “EUF” (Türkiyə), “GİMA” (Almaniya) və “ITE Gulf” (Dubay) kimi tanınmış şirkətlər vardır. Bildirildi ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır. Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, hər il sərgi iştirakçılarının sırasına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də vardır. “AİTF-2012” sərgisində qonaq ölkə qismində isə Bolqarıstan iştirak edir. Dünya Ticarət Təşkilatının bu il “AİTF-2012”-də öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçıların bu sərgiyə göstərdikləri marağı bir daha təsdiqləyir. Qeyd edildi ki, builki sərginin fərqli cəhətlərindən biri də ekspozisiyanın bir hissəsinin sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunmasıdır. Sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna kimi ölkələr müalicəvi kurortlarını təqdim edirlər. Məlumat verildi ki, Azərbaycanla bağlı ekspozisiyalarda ölkənin aparıcı turizm şirkətlərinin, istirahət zonalarının və sanatoriyalarının yeni layihələri ilə tanış olmaq mümkündür. Bu il sərgidə iştirak edən yerli şirkətlərin ekspozisiyalarında gələn ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosu və şüarı diqqəti cəlb edir. Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu. ![]() 13 aprel 2012, 13:00
İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
24 may 2013, 12:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.