|
13 aprel 2012, 13:00
İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir
Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir. Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd etdi. Dövlət başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Prezident İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda uğurla keçən beynəlxalq konfransın Dünya Gömrük Təşkilatı üçün çox faydalı olduğunu dedi və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd etdi. Görüşdə ölkəmizin Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. AXTAR:
XƏBƏRLƏR:
17 may 2013, 13:44
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:20
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
16 may 2013, 16:50
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir
14 may 2013, 21:00
İlham Əliyevin Avstriyaya rəsmi səfəri
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.