|
18 iyul 2010, 15:27
Azərbaycan və Gürcüstan Prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Batumidə təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Onun dəvətini qəbul edib Gürcüstana işgüzar səfərə gəldiyinə görə dövlətimizin başçısına minnətdarlıq edən Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında qarşıya qoyulan məqsədlərə nail olunub və bu səfər bütün sahələrdə əlaqələrin inkişafına imkan verəcəkdir. Prezident İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə təşəkkür etdi. Dövlət başçısı dedi ki, bu səfər bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan danışıqlar gələcək əməkdaşlığın inkişafına təkan verəcək, ikitərəfli münasibətlərin və hökumətlərarası komissiyanın fəaliyyətinə töhfə olacaqdır. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.