|
18 iyul 2010, 15:41
Prezident İlham Əliyevin və Prezident Mixeil Saakaşvilinin birgə mətbuat konfransı olmuşdur
Batumidə geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir. Azərbaycan və Gürcüstan dövlət başçıları bəyanatlarla çıxış etdilər. XXX Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar. X X X “RUSTAVİ-2“ televiziya kanalının müxbiri: Bir qədər əvvəl sizin təkbətək və geniş tərkibdə görüşləriniz oldu. Siz konkret olaraq hansısa bir razılaşma əldə etdinizmi? Prezident Mixeil SAAKAŞVİLİ: - Biz burada nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolu haqqında danışdıq və bildirdik ki, Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. Biz burada əlaqələndirmə məsələsini qaldırdıq. Bütün bunların hamısı iqtisadiyyatımızın inkişafına, ölkələrimizə sərmayələrin qoyulmasına xidmət edəcəkdir. Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik. Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə olan avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır. Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər.
Təbii ki, bu əməkdaşlığın əsası 1993-cü ildən sonra qoyulmuşdur. Mən Azərbaycanda gedən sürətli inkişafı və müsbət dəyişiklikləri xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır. Azərbaycanın dünyada nüfuzu artır. Son illər Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır. Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox ciddi şəkildə müzakirə edirik. Amma bununla bərabər humanitar sahədə əməkdaşlıq da böyük məna daşıyır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bizim ölkələrimiz arasında körpü rolunu oynayır. Onlar bizim ölkələrimizin dəyərli vətəndaşlarıdırlar, öz vətənlərinə böyük məhəbbətlə yanaşırlar və öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirirlər. Yəni ki, bizim aramızdakı münasibətlər hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin dərin tarixi kökləri vardır. Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikirlə və bu duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar.
AZƏRBAYCAN TELEVİZİYASININ müxbiri: Mənim sualım Gürcüstan Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycanın ölkənizə investisiya qoyuluşunun Gürcüstan iqtisadiyyatının inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz? Sağ olun. Mən bu mətbuat konfransına görə bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz Sizin xoşunuza gələcəkdir. X X X Mətbuat konfransı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxdılar. Bildirildi ki, son bir neçə ildə Batuminin abadlaşdırılması və quruculuq işlərinin aparılması məqsədilə şəhərdə bir sıra infrastruktur layihələri icra olunur. Bu da Batuminin inkişafına xidmət edir. Böyük ölçüdə AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.