|
18 aprel 2012, 18:45
İlham Əliyev Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Ukrayna Ali Radasının sədri Vladimir Litvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edən Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin razılıq doğurduğunu dedi. Ölkələrimizin parlament nümayəndə heyətlərinin beynəlxalq strukturlarda, o cümlədən Avropa Şurasındakı fəaliyyətinin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yaxınlarda Avronest Parlament Assambleyasının sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin parlamentlərinin “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın Azərbaycan-Ukrayna çoxtərəfli əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini dedi. Dövlətimizin başçısı Ukrayna Ali Radasının sədri Vladimir Litvinin ölkəmizə səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. Vladimir Litvin Ukraynanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu vurğuladı. Ukrayna Ali Radasının sədri Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 iyun 2013, 13:15
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
12 iyun 2013, 13:10
İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul etmişdir
11 iyun 2013, 17:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etmişdir
11 iyun 2013, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:25
İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:20
İlham Əliyev Misirin xarici işlər nazirini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.