|
19 aprel 2012, 18:00
İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri Məhəmməd Əl Şaybanini qəbul etmişdir
Prezident İlham Əliyev Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul etmişdir. Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi. Dövlət başçısı Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırladı. Azərbaycan ilə Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi. Dövlət başçısı Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.