|
25 aprel 2012, 14:00
İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidə Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Abdurrauf əl-Ravabidə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinin ölkəsində maraqla izlənildiyini dedi. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Prezident İlham Əliyev Azərbaycan ilə İordaniya Krallığı arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini vurğuladı. Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi və parlamentlərarası əlaqələr sahəsində də əməkdaşlığımızı genişləndirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd etdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
19 may 2013, 21:30
İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samarasla görüşmüşdür
17 may 2013, 13:44
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:20
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
16 may 2013, 16:50
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.