Gerb

25 aprel 2012, 18:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 373; 2005, №6, maddə 496) 1-ci hissəsində “Nağıyev Əli - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri “Əsədov Hilal Mirzəli oğlu - milli təhlükəsizlik nazirinin müavini” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının tərkibində edilmiş dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2012-ci il.