|
25 aprel 2012, 19:00
İlham Əliyev general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verildi. Sonra Prezident İlham Əliyev Bakı funikulyorunun “Şəhidlər xiyabanı” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Yeni funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edildi. Dövlət başçısı Bakı funikulyorunun “Bəhram Gur” stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış oldu, yeni gətirilmiş vaqonlara baxdı. Prezident İlham Əliyev funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər verdi. Dövlət başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlandı. Burada görülən işlər barədə Prezidentə məlumat verildi. Dövlət başçısı Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxdı. Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın genişləndirilmiş ərazisində görülən işlərin gedişi ilə yerindəcə tanış oldu. Burada həyata keçirilən işlər barədə də dövlətimizin başçısına məlumat verildi. Abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. ![]() 25 aprel 2012, 18:30
“Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
more...
AXTAR:
XƏBƏRLƏR:
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:10
İlham Əliyev Türkiyənin milli təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:00
İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul etmişdir
21 may 2013, 15:30
İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.