|
26 aprel 2012, 18:35
Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından alimlərimiz qarşısında yeni perspektivlər açmaqla mühüm vəzifələr irəli sürmüşdür. İndi dünyanın ən mötəbər kitabxanalarında və əlyazma fondlarında saxlanılan zəngin ədəbiyyatlardan, tarixi mənbələrdən faydalanmaq üçün əlverişli şərait mövcuddur. Məhz bu səbəbdən qədim mənbələrdən istifadə etməyə qadir olan və eləcə də qədim dünya dillərini bilən gənc kadrların yetişdirilməsi zərurəti meydana çıxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ölkəmizdə tarix elminin inkişafında rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2013–2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin. 3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. AXTAR:
XƏBƏRLƏR:
17 may 2013, 13:44
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:20
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
16 may 2013, 16:50
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir
14 may 2013, 21:00
İlham Əliyevin Avstriyaya rəsmi səfəri
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.