|
27 aprel 2012, 12:00
İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlət başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi. Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Nihat Ergün Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğuladı. Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
17 may 2013, 13:44
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:20
İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir
16 may 2013, 16:50
İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir
14 may 2013, 21:00
İlham Əliyevin Avstriyaya rəsmi səfəri
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.