Gerb

28 aprel 2012, 15:20

Ülyahəzrət,

Milli bayramınız – Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 aprel 2012-ci il.