|
02 may 2012, 18:00
Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Bronislav Komorovskiyə
Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Polşa münasibətləri bu gün dinamik inkişaf yolundadır. Siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsi məmnunluq doğurur. Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qarşılıqlı işimiz ikitərəfli əlaqələrimizin əhatə dairəsini daha da genişləndirməkdədir. Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın inkişaf perspektivlərinin reallaşdırılması üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.