Gerb

03 may 2012, 14:00

Möhtərəm cənab Prezident!

Məqsədyönlü ardıcıl daxili və xarici siyasətinizin məntiqi nəticəsi sayəsində ölkəmiz dünyanın 155 dövlətinin dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.

Sizin intensiv, yorulmaz xarici siyasətinizin nəticəsində dünya birliyi Azərbaycana qarşı ikili siyasətin ədalətsiz olduğunu dərk etməyə başlamışdır.

Biz, bir qrup Gəncə ziyalısı olaraq əldə etdiyimiz bu uğurlara ürəkdən sevinməklə əsl mənada fəxarət hissi keçirir və dahi Heydər Əliyevin uzaqgörənliklə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamının bu gün həqiqətə çevrildiyinin şahidi oluruq.

Dünyanın diqqət mərkəzinə çevrilmiş Azərbaycan, Sizin müdrik rəhbərliyiniz sayəsində hər il yeni-yeni uğurlara imza atır.

Avropa musiqi festivalının Bakıya gətirilməsində Heydər Əliyev Fondunun danılmaz zəhmətini xüsusi qeyd etmək istəyirik.
Möhtərəm Prezident,

Sizin yorulmaz fəaliyyətinizə kölgə salmaq istəyən daxili və xarici qüvvələrin murazı gözlərində qalacaqdır, inşallah!

Gəncə ziyalıları həmişə olduğu kimi, bu gün də Sizin ətrafınızda daha sıx birləşərək mütəşəkkillik nümayiş etdirirlər.

Azərbaycanımızın parlaq gələcəyi naminə Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayırıq.

Hörmətlə,

Gəncə ziyalıları adından:
Professor Ziyad Abbasov
Professor Ələddin Əsgərov
Professor Abbas Səmədov
Professor Cəmil Hacıyev
Doktor Siyavuş Vəliyev

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR