|
05 may 2012, 11:00
Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur
Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak etmişlər. Dövlət başçısı İlham ƏLİYEV naharda çıxış edərək dedi: - Hörmətli xanımlar və cənablar, ziyafətimizə xoş gəlmisiniz! Dəvətimizi qəbul etdiyinizə görə çox minnətdarıq. Bu gün səhərdən bir yerdəyik və beynəlxalq əhəmiyyətli bir sıra məsələləri müzakirə etdik. Əməkdaşlığımıza verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm. Bu gün biz qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, müzakirələrimiz əməkdaşlıq və konstruktivlik ruhunda keçəcəkdir. Bizi dəstəkləyən bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, bizim üçün əlamətdar hadisədir. Hətta, deyərdim ki, tariximizdə ən əlamətdar hadisələrdən biridir. Biz Təhlükəsizlik Şurasına seçilmişik. Hazırda isə sədrliyə başlayırıq. Burada bu rolda olmağıma və belə xoşbəxt anları dostlarımızla bölüşməyə çox şadam. Bir daha xoş gəlmisiniz və icazənizlə mən sözü baş katibə vermək istərdim. X X X BMT-nin Baş katibi Pan Gi MUN çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına seçilməsi və sədrliyə başlaması münasibətilə bir daha təbrik etdi və uğurlar arzuladı. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.