|
05 may 2012, 15:00
İlham Əliyevin Almaniyanın xarici işlər naziri Guido Vestervelle ilə görüşü olmuşdur
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ilə görüşü olmuşdur. Görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Ölkəsinin əlaqələrimizin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.