|
05 may 2012, 22:00
İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşmüşdür
Prezident İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşmüşdür. Görüşdə BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə əlaqədar Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfərinin əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını uğurlu addım kimi dəyərləndirdi və bu mövzunun hazırda dünyada çox aktual məsələ olduğunu bildirdi. BMT-nin baş katibi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətinə toxundu və bu sənədin ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsinə verdiyi töhfələri vurğuladı. Pan Gi Mun Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratiyanın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə terrorizmə qarşı mübarizə mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasına BMT-nin baş katibi tərəfindən verilən qiymətə görə təşəkkür etdi. Bildirdi ki, Azərbaycan terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak etmişdir. Ölkəmiz bundan sonra da bu işə öz töhfəsini verəcəkdir. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi sahələrdə həyata keçirdiyi genişmiqyaslı islahatlar, demokratiyanın təmin olunması istiqamətində ölkəmizdə gedən böyük işlərdən danışdı. Pan Gi Mun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair proseslərlə bağlı Prezident İlham Əliyevin fikirləri ilə maraqlandı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində meydana gələn bu münaqişənin həlli ilə bağlı bir daha ölkəmizin mövqeyi barədə məlumat verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.