Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa vuran İlham Əliyev Bakıya qayıtmışdır

05 may 2012, 22:05

Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa vuran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya qayıtmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.