|
07 may 2012, 17:00
Fransa Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Fransua Ollanda
Hörmətli cənab Olland, Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Fransa arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Bu gün beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işimiz ölkələrimiz arasında, həmçinin çoxtərəfli qaydada əməkdaşlığı səciyyələndirən amillərdəndir. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolu böyükdür. Biz sülhyaratma prosesində ölkənizin öz səylərini daha da artıracağına, bu işə Sizin şəxsən töhfələr verəcəyinizə ümidlər bəsləyirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.