|
07 may 2012, 20:30
İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişdir
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişlər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. “Baku Crystal Hall” Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunmuşdur. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanmışdır. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri də Avropanın musiqi həyatında mühüm hadisə olan “Eurovision”nun tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. “Eurovision”nu regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olmuşdur. ![]() AXTAR:
XƏBƏRLƏR:
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:10
İlham Əliyev Türkiyənin milli təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:00
İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul etmişdir
21 may 2013, 15:30
İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.