|
07 may 2012, 20:50
İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişlər. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunmuşdur. Tikinti zamanı 614 min kubmetr torpaq işləri görülmüş yolun əhəmiyyətini artıran digər mühüm amil onun “Azneft” meydanından Dövlət Bayrağı Meydanına, oradan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir. Azərbayan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi. Qeyd edək ki, Bakı-Ələt yolunun yenidən qurulması və tikintisinə dair Nazirlər Kabineti 2008-ci il 6 fevral, 2009-cu il 2 fevral, 2010-cu il 28 yanvar, Bakı-Ələt yolunun 2-4-cü kilometrliyinin yenidən qurulması üçün isə 2011-ci il 25 yanvar tarixli sərəncamlar qəbul etmişdir. ![]() AXTAR:
XƏBƏRLƏR:
20 may 2013, 17:35
İlham Əliyev Bakıdakı Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur
19 may 2013, 21:30
İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür
17 may 2013, 14:00
Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində İlham Əliyevin nitqi
17 may 2013, 13:45
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.