İlham Əliyev “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışında iştirak etmişdir

20 iyul 2010, 19:31
İlham Əliyev “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışında iştirak etmişdir

Dənizkənarı Milli Parkda “Park Bulvar” ticarət və istirahət mərkəzinin açılışı olmuşdur. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.

Birinci və ikinci mərtəbə ilə tanışlıq zamanı bildirildi ki, bu qatlarda Avropanın və dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu mağazalar, kafelər yerləşir.

Prezident İlham Əliyev və ailə üzvləri üçüncü mərtəbədə uşaqlar üçün “Happy Land” oyun-əyləncə məkanına baxdılar. Burada oyuncaqlar, attraksionlar, karusellər, rəngli işıq effektləri balacalara xoş anlar bağışlayır. Valideynlәr rahat alış-veriş etmələri üçün balacaları uşaq otağında qoya bilərlər. Xüsusi təlim keçmiş personal uşaqların qayğısına qalacaqdır. Dövlətimizin başçısının nəvələri karusellərdə əyləndilər.

Bu mərtəbədə, həmçinin türk, rus, italyan, Çin, Meksika mətbəxi restoranları, habelə Azərbaycan mətbəxinin nümunələrini təqdim edən “Kabab-park” restoranı yerləşir.

Prezident İlham Əliyev və xanımı yay kafesindən Bakının dəniz mənzərəsini seyr etdilər. Dövlətimizin başçısına və xanımına Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verildi.

Dördüncü mərtəbədəki “Zeytun” restoranında canlı musiqi sədaları altında milli yeməklərimiz təqdim olunur. Bu mərtəbədə 3D sistemi ilə işləyəcək 6 kinozalın yaradılması prosesi başa çatmaq üzrədir. Bundan başqa, boulinq mərkəzi, fotostudiya, Tusi-Bohm planetariumu fəaliyyət göstərir. Bütün yaş təbəqələri üçün nəzərdə tutulmuş planetarium maarifləndirmə funksiyasını daşıyır. 60 tamaşaçı yeri olan planetariumda kosmosa aid cizgi və sənədli filmlər nümayiş olunacaqdır.

Dövlət başçısı mərkəzin dəniz mənzərəli VİP restoranlarında yaradılan şəraitlə də tanış oldu.

Məlumat verildi ki, mərkəzdə gözəllik salonu, supermarket, 500 avtomobillik dayanacaq, dərzi, quru təmizləmə və digər xidmətlər təqdim olunur. “Park Bulvar” ticarət və istirahət mərkəzinin istifadəyə verilməsi ümumilkdə 700 yeni iş yerinin açılması deməkdir.

“Park Bulvar”ın maketi ilə tanış olan Prezident İlham Əliyev yaradılan şəraitdən razı qaldığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10