|
21 iyul 2010, 19:15
Masazır duz zavodunun açılışında İlham Əliyevin nitqi
Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə bütün vəzifələr icra olunur. Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir. Əlbəttə ki, görülən bütün bu işlər imkan verəcəkdir ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində dünya səviyyəsində aparılsın. Digər tərəfdən zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın ixrac potensialı da gücləndirilsin. Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Azərbaycanın bütün bölgələrində iş yerləri sürətlə açılır, insanlar işlə təmin olunurlar. Zavodun fəaliyyətə başlaması nəticəsində Azərbaycan artıq duzu ixrac edən ölkəyə çevrilir və öz daxili tələbatını tam şəkildə ödəyəcəkdir. Bu, bizə imkan verəcəkdir ki, yerli istehsalı daha da gücləndirək, idxaldan asılılığımızı azaldaq və beləliklə, Azərbaycanı daha da uğurla irəliyə aparaq. Bax, bu amillər onu göstərir ki, bizim iqtisadi sahədəki bütün təşəbbüslərimiz öz gözəl nəticələrini verir. Eyni zamanda, bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti çox şey edir. Həm səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar, bununla bərabər Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları yüksək keyfiyyətə malik olmalıdırlar. Artıq Azərbaycanda bu işlər çox sürətlə təşkil olunur və biz keyfiyyətsiz mallara qarşı çox ciddi mübarizə aparırıq. Həm idxal nəticəsində gətirilən keyfiyyətsiz malların bazardan yığışdırılması, eyni zamanda, daxildə istehsal olunan keyfiyyətsiz malların aşkarlanması və yığışdırılması prosesi sürətlə gedir. Bu nöqsanları buraxan sahibkarlar da ciddi şəkildə cəzalandırılmalıdırlar. Çünki insanların sağlamlığı əsas vəzifədir.
Bir daha demək istəyirəm ki, duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. O da sevindirici haldır ki, bu zavodun yaradılmasında həm “Azersun” şirkəti, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkəti də iştirak etmişdir. Biz Azərbaycan Dövlət İnvestisiya Şirkətini məhz o məqsədlə yaratdıq ki, yerli və xarici investorlarla bərabər Azərbaycanın sənaye və iqtisadi inkişafı üçün lazım olan sahələrə investisiyaları cəlb etsin və o prosesi təşkil etsin. Artıq Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti öz bəhrəsini verir. Bax bu birgə fəaliyyət nəticəsində - dövlət qurumu və özəl şirkət - bu gözəl müəssisə yaradılıbdır.
Bu zavodun yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaqdır. Bu sahə bizim üçün ən prioritet sahələrdən biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı 15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər görülmüş işlərin nəticəsidir. Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun. Böyük ölçüdə 22 iyul 2010, 11:46
Today’s Zaman: Azerbaijan as a new intellectual center of global thinking
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.