|
11 may 2012, 19:00
Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin may ayında SSRİ xalq artisti, görkəmli bəstəkar və tanınmış ictimai xadim Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 90 ili tamam olur. Rauf Hacıyev musiqi sahəsində çoxşaxəli fəaliyyət göstərərək ölkəmizdə operetta və balet janrlarının inkişafında mühüm rol oynamış, mahnılar müəllifi kimi geniş şöhrət qazanmışdır. Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş Rauf Hacıyevin 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Rauf Hacıyevin 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
lham Əliyev Bakı şəhəri, 11 may 2012-ci il. AXTAR:
XƏBƏRLƏR:
24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir
24 may 2013, 12:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
23 may 2013, 15:30
İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.