|
15 may 2012, 18:00
Akif Məlikov və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! “İncəsənət xadimləri üçün Azərbaycan Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Sərəncamınızı sonsuz sevinc hissi ilə qarşıladıq. Əməyimizə yüksək dəyər verdiyinizə görə Sizə ürəkdən təşəkkürlərimizi bildiririk. Cənab Prezident! Bütün respublikamızın və xalqımızın möhtəşəm bayramları – ümummilli lider Heydər Əliyevin doğum günü, Gül bayramı və Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümünü qeyd etdiyi əlamətdar günlərdə bizə belə böyük sevinc bəxş etdiyinizə görə Sizə minnətdarıq. Atanızın çox layiqli sələfi olaraq Siz hər zaman mədəniyyət və incəsənət xadimlərinə yüksək qiymət verir, onlardan diqqət və qayğınızı əsirgəmirsiniz. Bu bizi – Azərbaycanda akademik sənəti – opera, balet, xor, klassik musiqi sənətini yaşadıb inkişaf etdirən sənətçiləri ruhlandırır, daha böyük həvəs və ilhamla çalışmağa sövq edir. Çox möhtərəm İlham müəllim! 0Çalışdığımız aparıcı sənət ocağı – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi adından Sizi əmin edirik ki, bundan sonra da bütün qüvvə və bacarığımızı milli mədəniyyətimizin inkişafı və çiçəklənməsinə sərf edəcəyik. Sizə bir daha sonsuz minnətdarlığımızı bildiririk. Əlamətdar bayramlar münasibəti ilə Sizi təbrik edir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət və doğma Azərbaycanımızın rifahı və çiçəklənməsi naminə səmərəli fəaliyyətinizdə uğurlar diləyirik.
Böyük hörmətlə,
Azərbaycan Respublikasının Xalq Artistləri, Cavanşir Cəfərov, Qərinə Kərimova, Azər Zeynalov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Əli Əsgərov, Əvəz Abdullayev, Samir Cəfərov, Kamilla Hüseynova, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.