|
17 may 2012, 16:00
Bəkir Məmmədovdan, Bakı , Azərbaycan
Əziz və hörmətli Prezident! Bu məktubu Sizə sonsuz sevinc və minnətdarlıq hissləri ilə yazıram. Ölkənin hər bir vətəndaşına qayğı göstərən Sizin kimi Prezidentimiz olduğuna görə Ulu Tanrıya şükür edir, Sizin varlığınızdan ürək dolusu qürur duyuram. Alman faşizmi üzərində Qələbənin 67-ci ildönümü münasibətilə bu il mayın 9-da bizimlə - Böyük Vətən müharibəsi iştirakçıları ilə səmimi və mehriban görüşünüzü heç vaxt unutmayacağıq. Bu görüş zamanı Siz hər birimizin problemini özümüzdən öyrənib onların həlli üçün dərhal göstəriş verdiniz. Mənim növbədənkənar minik avtomobili ilə təmin olunmaq barədə müraciətimlə bağlı verdiyiniz tapşırığa da qısa müddət ərzində əməl olundu. Bu gün, 17 may 2012-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov tərəfindən xüsusi hörmət və ehtiramla mənə “Lifan” markalı minik avtomobili təqdim edildi. Bu, onu göstərir ki, ulu öndər Heydər Əliyevin ahıl insanlara, eyni zamanda Böyük Vətən müharibəsi iştirakçılarına böyük diqqət və qayğısını yüksək səviyyədə davam etdirirsiniz. Əziz Prezident!
Bizə göstərdiyiniz daimi qayğıya və yüksək xeyirxahlığa görə Sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.