|
18 may 2012, 17:00
Qüdrət Cəfərovdan, Gəncə, Azərbaycan
Möhtərəm və əziz Prezident! Böyük rəhbərimiz, ulu öndər Heydər Əliyevin siyasətinə nə qədər sadiq olduğunuzu, onun yolunu necə ləyaqətlə davam etdirdiyinizi bu günlərdə bir daha yaxından gördük və hiss etdik. Atanız kimi Siz də öz müdrik siyasətinizlə Azərbaycanı daim irəliyə doğru aparmaqla bərabər, ahıl insanları, həmçinin müharibə veteranlarını həmişə diqqətdə saxlayır, onlara öz qayğınızı əsirgəmirsiniz. 2012-ci il mayın 9-da faşizm üzərində Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərkən Siz veteranların hər biri ilə səmimi şəkildə hal-əhval tutmağa, onları narahat edən məsələlərlə maraqlanmağa vaxt tapdınız. Hər kəs öz qayğısından və problemindən söz aça, öz suallarına cavab ala bildi. Bu görüş zamanı mən də növbədənkənar minik avtomobili və Gəncə şəhərində mənzillə təmin olunmağım üçün Sizə müraciət etdim. Yüksək humanizm nümunəsi göstərərək mənim və digər veteranların müraciəti ilə bağlı verdiyiniz tapşırıq əsasında 2012-ci il mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bizi hörmət və ehtiramla qəbul etdilər və mənə “Lifan” markalı minik avtomobili təqdim etdilər. Nazirlikdə yaxın vaxtlarda Gəncədə istifadəyə veriləcək 81 mənzilli binada mənə mənzil veriləcəyini də bildirdilər. Hətta mənə veriləcək mənzilin otaqlarının şəkillərini göstərdilər. Təsəvvür edin ki, mən və ailə üzvlərimiz nə qədər sevinirik. Qeyd edim ki, bir müddət bundan öncə mənim oğlum vəfat etmiş və ailəmizdə kədər, hüzn ovqatı hökm sürürdü. Bu gün bizə göstərilən qayğı – maşınla təmin olunmağım, həm də yaxın vaxtlarda mənə mənzil veriləcəyi xəbəri ailəmizdəki kədər ovqatını bir qədər yüngülləşdirdi. Bir daha gördük ki, dövlətimiz, möhtərəm Prezidentimiz bizi heç vaxt darda qoymayıb və qoymayacaqdır. Əziz Prezident, bütün gördüyünüz işlərə görə Sizə təşəkkürümü bildirirəm.
Çox sağ olun ki, əhaliyə, həmçinin yaşlı insanlara daim böyük diqqət və qayğı göstərirsiniz. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.