Gerb

20 may 2012, 22:20
12434

Prezident İlham Əliyev Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı. 

Loader

Böyük ölçüdə