Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olmuşdur

Text size Plus Minus

20 may 2012, 23:00

ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Prezident İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Siyasi sahədə əlaqələrimizin möhəkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirildi.

Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi