İlham Əliyev Çikaqoda dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşündə iştirak etmişdir

21 may 2012, 22:20
İlham Əliyev Çikaqoda dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşündə iştirak etmişdir

ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşü olmuşdur

Prezident İlham Əliyev görüşdə iştirak etmişdir. 

NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilmişdir. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunmuşdur.

Görüşü açan NATO-nun baş katibi Anders Foq Rasmussen bildirdi ki, bu gün burada Əfqanıstan dövlətinin və əfqan xalqının gələcəyi müzakirə edilir.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı fəaliyyətindən danışan NATO-nun baş katibi qeyd etdi ki, bu qüvvələr terror ilə mübarizədə fəal rol oynamışlar. Hazırda Əfqanıstanda NATO qüvvələrinin səlahiyyətlərinin ölkə polisinə və Hərbi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə həvalə olunması prosesi davam edir.

ABŞ Prezidenti Barak Obama da görüşdə çıxış edərək Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən əməliyyatları yüksək qiymətləndirdi və bildirdi ki, alyansın iki il əvvəl Lissabon Samitində qəbul olunmuş qərara əsasən, NATO qüvvələrinin səlahiyyətlərinin yerli təhlükəsizlik qüvvələrinə verilməsi prosesinə başlanmışdır. Əfqanıstanın 75 faiz ərazisinə artıq əfqanlar özləri nəzarət edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış etdi.

Dövlət başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğuladı. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.

Prezident İlham Əliyev dedi ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10