Gerb

22 may 2012, 14:00

Hörmətli cənab Prezident!

Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu olan bir qrup mədəniyyət işçisinə verdiyiniz yüksək qiymət bizi sevindirir.

Sərəncamınız əsasında mənə - Abdullayeva Xurşud Lütfəli qızına verilən Prezident mükafatına görə, Sizə dərin minnətdarlığımı bildirir və gələcəkdə Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyədə inkişafı üçün əlimdən gələni etməyə söz verirəm.

Dərin hörmətlə,

Azərbaycanın Əməkdar Artisti Abdullayeva Xurşud Lütfəli qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.