Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

25 may 2012, 16:40

Hörmətli İlham Heydər oğlu!

Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bizə dost olan ölkənizin xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, səadət və firavanlıq arzulayıram.

Hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov
Türkmənistan Prezidenti