26 may 2012, 17:20

Firəngiz Səfərova və başqalarından, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident!

Respublikamızın regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyiniz qayğının bariz ifadəsini rayonumuzun hərtərəfli tərəqqisində də aydın görürük.

Müdrik rəhbərliyiniz sayəsində ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da möhtəşəm quruculuq layihələri həyata keçirilir.

Rayonumuzun ərazisində yol infrastrukturunun təkmilləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə əlavə tədbirlər haqqında 24 may 2012-ci il tarixli Sərəncamınız kəndimizin çoxsaylı ziyalıları tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. Rayonumuzun, o cümlədən Novxanı kəndinin sosial-iqtisadi inkişafına göstərdiyiniz böyük qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Novxanı kəndinin ziyalıları adından Taliyə Paşayeva,
Firəngiz Səfərova, Zenfira Əliyeva, Zaur Səfərov,
Əbülfəz Əliyev və başqaları cəmi 28 nəfər.

Azərbaycan Respublikası, Abşeron rayonunun Novxanı kəndi.